3 oktyabr 2016 00:55
Qarabağın rəqibi yenə xal itkisi ilə üzləşdi
Futbol üzrə Yunanıstan çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti matçını keçirib.
Sözügedən klub səfərdə "Veria" ilə qarşılaşıb. PAOK bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, hesabından 3 xalı silinmiş "Qarabağ"ın rəqibi hazırda 5 xalla 16 klub arasında 8-ci pillədə qərarlaşıb.
