3 oktyabr 2016 00:45
Qəbələnin rəqibi səfərdə qələbə qazandı
Futbol üzrə Belçika çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Standard"la qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
Qeyd edək ki, "Anderlext" 9 turdan sonra 18 xalla 16 klub arasında 2-ci pillədə qərarlaşıb.
