3 oktyabr 2016 00:35
Reynaldo: Azərbaycan milli komandasında oynamağa hazıram
"Qarabağ"ın hücumçusu Reynaldo Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə səfər oyunundan (0:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mənə burada münasibət çox yaxşıdır. Hər şey xoşuma gəlir. Əvvəlki formamı bərpa edib, daha da yaxşı oynamaq istəyirəm. Mümkün olsa, Azərbaycan yığmasına dəvət almaq şansı da qazanmağa hazıram. Azərbaycan xalqını sevindirmək istəyirəm".
