3 oktyabr 2016 00:15

Rəşad Sadıqov: Həftənin bizim üçün çətin keçəcəyini bilirdim

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistin suallarını cavablandırıb:

- Komandanızın məğlubiyyətini kənardan izləmək nə dərəcədə çətin idi?
- Oyunu kənardan izləmək həmişə ağırdır. Xüsusilə də komandan məğlub olanda. Amma bu, idmandır. Qələbəyə necə seviniriksə, məğlubiyyəti də qəbul etməyi bacarmalıyıq.

- Sizin yoxluğunuz bu məğlubiyyətdə nə dərəcədə rol oynadı?
- Düşünmürəm ki, bunun nəticəyə təsiri oldu. Komandamız oyuna pis başladı. Rəqib də bunun nəticəsi kimi iki qol vurdu. Uşaqlar bu qolların əvəzini çıxmağa çalışsalar da, alınmadı. Top rəqib qapısına getmək istəmirdi.

- Bəs nə çatmadı?
- Həlledici zərbələr. Bu, cari mövsümdə bizim əsas problemimizdir.

- Bəlkə hücumları daha dəqiq tamamlaya biləcək hücumçu çatışmır...
- Kifayət qədər hücumçumuz var. Burada söhbət ustalıqdn getmir. Sadəcə, elə oyunlar olur ki, hər şey alınır, elə oyunlar da olur ki, nə qədər çalışsan da, heç nə alınmır.

- Razısınız ki, bu gün rəqib daha güclü təsir bağışlayırdı, daha çox hücum edib, daha çox qol vəziyyətləri yaradırdı?
- Bu, onların oyun üslubudur. Hücumda aqressiv çıxış edirlər. Biz bir qədər fərqli oynayırıq. Amma meydan sahiblərinin bizdən yaxşı oynadığını deməzdim. İkinci hissədə biz əla oynadıq.

- "Fiorentina"ya böyük hesablı məğlubiyyətin bu görüşdə təsiri oldumu?
- Bu, təsirsiz ötüşə bilməzdi. Böyük hesablı məğlubiyyətlər də müxtəlif cür olur. Bizi məyus edən odur ki, ilk 30 dəqiqə ərzində nəinki böyük hesabla məğlub olmaq, ümumiyyətlə, uduzmaq barədə düşünmürdük. Qələbə qazanmaq istəyirdik. Amma hər şey azlıqda qalandan sonra dəyişdi. Bu, bizim üçün psixoloji zərbə oldu. Bu həftənin bizim üçün çətin keçəcəyini bilirdim. Gəncə, Florensiya, indi də Qəbələ. Fikrimcə, komandamızın özünə gəlməsi üçün bir qədər vaxta, istirahətə ehtiyac var.

- Aldığınız zədə Azərbaycan yığmasının qarşıdakı toplanışında, oyunlarında iştirakınıza mane ola bilər?
- İtaliyadakı oyunun birinci hissəsində zədələnsəm də, meydana çıxacaq əlavə stopperimiz yox idi. Ona görə də meydanda qalmalı oldum. Amma həkimlər matçdan sonra problem olduğunu dedilər. Üç gündür məşq etmirəm. Millinin toplanışına qədər sıraya dönmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.