3 oktyabr 2016 00:05
Qarabağın rəqibi Torinoya məğlub oldu
Futbol üzrə İtaliya çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Torino" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 8 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.
