Kamran Ağayev penalti dəf etdi, Boavişta qalib gəldi
Bu gün Portuqaliya çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Moreyrense" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə bitib.
Qeyd edək k, Kamran bu oyunda da start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, hətta 26-cı dəqiqədə penaltini də dəf edib. Bu oyun Ağayevin Portuqaliyada ilk qələbəsi ilə əlamətdar olub.
Eminin adı bu matçın da iştirak ərizəsində yer almayıb. Qonaq komandanın heyətində isə "Neftçi"nin sabiq futbolçusu Kaue Ağayevə qarşı mübarizə aparıb.
Qeyd edək ki, "Boavişta" hazırda 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Portuqaliya çempionatı
7-ci tur
2 oktyabr
"Boavişta" - "Moreyrense" - 2:0
