2 oktyabr 2016 22:10

Tale Heydərov: Bu, bütün Azərbaycan futbolunun problemidir

"Qəbələ"nin prezidenti Tale Heydərov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rəhbəri 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Bizim üçün vacib oyun idi. Çempiona qarşı oynayırdıq. Meydanda var gücümüzü qoyduq. Meydanda əls müharibə gedirdi. Əsas odur ki, sonda 3 xalı qazanan tərəf olduq.

- Bu oyundan sonra çempionluq şanslarınız barədə nə düşündünüz?
- Qarşıda hələ çox oyun var. Biz çempion olmaq istəyirik. Bu yolda da əsas rəqibimiz "Qarabağ"dır. Onlar üzərində qələbə bizim üçün çox vacib idi.

- Avropa Liqasında Almaniyanın "Maynts" klubuna məğlubiyyəti (2:3) necə şərh edərdiniz?
- Bu məğlubiyyətə görə çox məyus olduq. Almaniya klubunun güclü olduğunu bilirdik. Buna baxmayaraq, yaxşı oynadıq, uğur qazanmağa çalışdıq. Təəssüf ki, qələbəni əldən verdik.

- Azarkeşlər matçın 80-ci dəqiqəsindən sonra stadionu tərk etməyə başladılar. Bu baxımdan nə problem var ki?
- Bu, bütün Azərbaycan futbolunun problemidir. Təəssüf ki, bunu bütün stadionlarımızda görmək olur. Sanki, hər bir azarkeşin belə bir alışqanlığı var. Oyun 90 dəqiqədir. Hər bir azarkeş də komandasını sonadək dəstəkləməlidir. Oyunçuları paltardəyişmə otağına yola saldıqdan sonra stadionu tərk etmək olar.

- Klubunuz avrokuboklardakı ev oyunlarını nə vaxta kimi Bakıda keçirəcək?
- Bununla bağlı müəyyən planlarımız var. Stadionumuzdakı infrastrukturu daha da yaxşılaşdırmağı düşünürük. Növbəti mövsümdə avrokubok oyunlarımızı doğma arenada keçirmək üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.