2 oktyabr 2016 22:00
Roman Qriqorçuk: İlk yarıda meydanda arzuladığım oyunu gördüm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Əhvalım yaxşıdır, qələbə qazanmışıq. Komandamız bu gün əla oynadı. Birinci hissədə meydanda arzuladığım oyunu gördüm. İkinci hissədə tam olaraq müdafiə olunduğumuzu deməzdim. Qonaqların qol vəziyyətləri oldu. Amma uşaqlara heç bir iradım yoxdur. Taktiki cəhətdən düzgün oynadılar. Biz öz hədəfimizə doğru addım-addım irəliləməliyik. Hər matçda daha da yaxşı oynamağa çalışırıq. Qarşıdakı fasiləyə gəlincə, bizim üçün yerinə düşəcək. Qrafik çox sıx idi".
