2 oktyabr 2016 21:50

Qurban Qurbanov: Qarabağın psixoloqu mənəm

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Onlara qarşıdakı oyunlarda da uğurlar arzulayıram. Oyun maraqlı və çətin keçdi. Biz rəqibi dayandıra bilmədik. "Kəpəz" və "Fiorentina" ilə səfər oyunlarından sonra yenə səfərdə, belə güclü rəqibə qarşı hazırlaşmaq çətin idi. Azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirəm. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq. "Qəbələ"dən 6 xal geri qalırıq. Amma onlara çatmağa çalışacağıq.

- Məğlubiyyətinizə nə səbəb oldu?
- Ardıcıl qollar buraxandan sonra oyunumuz getmədi. Qol da vura bilmədik. "Qəbələ" ilk dəqiqələrdən pressinq tətbiq etməyə başladı. Bizim isə bu oyuna yaxşı hazırlaşmaq üçün vaxtımız olmadı.

- Əfran İsmayılovla Rəşad Sadıqovun yoxluğu nə dərəcədə təsirini göstərdi?
- Onların hər ikisi zədəlidir. Şübhəsiz ki, yoxluqları oyunumuza təsir etdi.

- Qarşıdakı fasilənin işinizə yarayacağını demək olar?
- Əksinə, tam heyətlə hazırlıq keçə bilməyəcəyik. Aparıcı futbolçularımızın əksəri milli komandalara yollanacaq. İstərdim ki, bütün oyunçularımız sırada olsun. Onlarla birgə öz səhvlərimizi analiz edərdik.

- "Qarabağ" çoxdan idi bu qədər xal itirmirdi. Komandada nə baş verir?
- Avrokubok oyunlarını nəzərə almayacaq. Orada rəqiblər daha güclüdür. Amma komandamın pis oynadığını da deməzdim. Mən futbolçularımızdan razıyam. Məğlub olmağımız da normaldır. Hər bir klub məğlub ola bilər. Əsas növbəti oyunlarda bu xal itkilərini kompensasiya etməkdir.

- Vüqar Nadirov haradadır? Dino Ndlovunun artıq çəkisinin olduğunu düşünmürsüz?
- Nadirov bizimlədir, formasını bərpa edir. Ndlovunun artıq çəkisi yoxdur. Onun oyunu məni qane edir.

- Luis Sahanın komandanızın düşərgəsinə gəlməsi nə ilə əlaqədar idi?
- Onun "Azərsun" rəhbərliyi ilə əlaqələri var. Buna görə də bazamızı ziyarətə gəlmişdi.

- Reynaldo və Migel Madeyranı meydana gec buraxmaqla səhv etdiyinizi düşünmürsünüz ki?
- Heyətdə dəyişiklik etməyə xüsusi ehtiyac yox id. Sadəcə, komanda çox yorğundur. İtaliyada 60 dəqiqə 10 nəfərlə mübarizə apardıq. Buna görə də bəzi futbolçulara istirahət vermişdim.

- Reynaldodan razısınız?
- O, hələ mənim gözlədiyim formasını yığa bilməyib. Amma inanıram ki, zamanla hər şey qaydasına düşəcək.

- Elvin Yunuszadə çox tənqid olunur...
- Mən Elvinin oyunundan razıyam. O, mənim tapşırıqlarımı yerinə yetirir. Amma bundanda yaxşı oynaya bilər. Onun bircə xarakterindən narazıyam.

- Komandaya psixoloq lazım olduğunu düşünmürsüz?
- Komandanın psixoloqu mənəm. Futbolçularla necə danışmaq lazım olduğunu bilirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.