2 oktyabr 2016 21:00
Qəbələnin rəqibi səfərdə xal itirdi
Futbol üzrə Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Volfsburq"la qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, 6 turdan sonra 8 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
