2 oktyabr 2016 19:30
Qarabağ İsmayılovla Sadıqovu itirdi
"Qarabağ" Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə qarşı prinsipial matça itkilərlə çıxıb. Azerisport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan kapitan Rəşad Sadıqov, eləcə də yarımmüdafiəçi Əfran İsmayılov qarşılaşmanı zədə səbəbindən buraxmalı olublar.
Qeyd edək ki, bu iki oyunçunun sabahdan etibarən başlayacaq milli komandamızın hazırlıq prosesinə qatılıb-qatılmayacağı da bəlli deyil.
