2 oktyabr 2016 19:00
Millimiz sabahdan etibarən təlim-məşq toplanışına başlayacaq
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiyaya qarşı keçirəcəyi oyunların hazırlığına sabahdan etibarən start verəcək. Azerisport.az xəbər verir ki, millimiz bu görüşlərə "Dalğa Arena"da hazırlaşacaq.
Baş məşqçi Robert Prosineçki isə hələ ki, yığmamızın heyətini açıqlamayıb. O, bunun üçün "Qəbələ" - "Qarabağ" matçının başa çatmasını gözləyir.
