2 oktyabr 2016 17:00

Jayro: Kəpəz üzərində qələbə bizim üçün çox vacib idi

"Neftçi"nin müdafiəçisi Jayro Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (2:0) sonra aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistin suallarını cavablandırıb:

- Uzun fasilədən sonra qazandığınız ilk qələbə barədə nə deyə bilərsiniz?
- Ardıcıl uğursuzluqlardan sonra özümüzə gələ bilmirdik. Bizə cəmi bir qələbə lazım idi ki, bu vəziyyətdən çıxaq. "Kəpəz" üzərindəki qələbədən sonra özümüzə gəlməliyik. Bu qələbə bizim üçün çox vacib idi.

- "Neftçi" bundan sonra bütün oyunlarında qalib gələ biləcək?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Bundan sonrakı oyunlarda da sonadək mübarizə aparacağıq.

- Qarşıdakı iki həftəlik fasilə sizə necə təsir edəcək?
- Bu, bizim xeyrimizə olmalıdır. Komandanın baş məşqçisinin futbolçuları hazırlaşdırmaq üçün çox vaxtı olmamışdı. Bu fasilədən yararlanmağa çalışacağıq.

- Bəs Elxan Abdullayevin fasilə dövründə millinin düşərgəsində olacağını bilirsiniz?
- Bəli, onun yığmanın məşqçisi olduğunu bilirəm. O olmayacaq, köməkçiləri bizimlə olacaq. Digər məqçilərimiz komandanı lazım olan səviyyədə hazırlaya biləcək. Biz də bu fasilədən yararlanmağa çalışacağıq.

- Klub rəhbərliyi bu qələbəyə görə sizə mükafat verəcək?
- Biz meydanda öz işimizi görürük. Mükafat barədə heç nə bilmirəm. Buna görə də bu barədə heç nə deyə bilmərəm. Elə şeylər var ki, pulla alınması mümkün deyil. Qələbənin dadını çıxarmalıyıq.

- Abdullayev qısa müddət ərzində nəyi dəyişə bilib?
- Çox şey dəyişdiyini deməzdim. Elə həmin futbolçularla oynayırıq. Amma o, komandada özünəinamı geri qaytarıb. Hər dəfə bizi dəstəkləyir və ruhlandırır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.