2 oktyabr 2016 15:30
Elmar Baxşiyev: Qəbələdə kim az səhvə yol versə, o da qalib gələcək
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev bu komandanın Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunu səbrsizliklə gözləyirəm. Hər iki klub Avropa Liqasında oynayır və Azərbaycanın top komandası hesab olunur. Kimin qalib gələcəyini söyləmək çətindir. Çünki bu oyunda hər şey mümkündür. "Qəbələ" ilə "Qarabağ" üç gün öncə Avropa Liqasında məğlubiyyətlə üzləşib. Bu oyunu Qriqorçukla Qurbanovun dueli də saymaq olar. Onların hər ikisi rəqibi yaxşı analiz etməyi bacarırlar. Kim az səhvə yol versə, o da qalib gələcək".
