2 oktyabr 2016 13:30
Petar Franyiç: Qarabağa qalib gəlmək istəyirik
"Qəbələ"nin yarımmüdafiəçisi Petar Franyiç Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim üçün çox vacib oyundur. Matça yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Çətin olacağını bilirik. Rəqibimiz çox güclüdür. "Qarabağ" "Kəpəz"ə qarşı keçirdiyi son çempionat matçında xal itirib. Yəqin ki, bu gün bizə qalib gəlməyə çalışacaqlar. Amma biz evdə oynayırıq və yaxşı oyun göstərib, qalib gəlməliyik".
