2 oktyabr 2016 13:00

Dario Federiko: Kəpəzə 0:1 və 0:2 hesabıyla uduzmaq fərq etmirdi

"Kəpəz"in yarımmüdafiəçisi Dario Federiko Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (0:2) sonra aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistə müsahibə verib.

- Birinci hissədə əla qol vəziyyətini boşa verdiniz. Həmin epizodun matçda qırılma nöqtəsi olduğunu demək olar?
- Belə deməzdim. Komandamız ilk dəqiqələrdən oyuna yaxşı köklənməmişdi. Ona görə də erkən qol buraxdıq. Uzun müddət özümüzə gələ bilmədik. Bu da sonda məğlubiyyətimizə səbəb oldu.

- Ötən mövsüm "Neftçi" ilə oyunlarınız çox maraqlı və prinsipial alınmışdı. Amma bu oyunda eyni prinsipiallığı görmədik...
- Biz bu dəfə də əlimizdən gələni etdik. Amma gördüyünüz kimi, oyunumuz alınmadı.

- İkinci qol çox kuryoz alındı. Belə olacağını gözləyirdiniz?
- Belə qol buraxan ilk komanda deyilik. 0:1 və ya 0:2 hesabıyla uduzmağın fərqi yox idi. Ona görə də böyük qüvvə ilə irəli atılmışdıq ki, ən azı 1 xal qazanaq. Qapıçı da riskə gedərək qapısını boş qoymuşdu.

- Qapıçı həmin epizoda görə günahkardır?
- Xeyr. Onun iki variantı var idi: ya qapıda qalmalı idi, ya da irəli çıxmalıydı. O da ikincini seçdi.

- "Neftçi"ni sizdən başqa demək olar ki, hamı məğlub etmişdi. Bu cür məğlubiyyət üzücü deyil?
- Premyer Liqada cəmi 8 komanda var. Rəqabət böyükdür. Komandaların çoxu eyni gücdədir. Ona görə də bu cür məğlubiyyətlər normaldır. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.