2 oktyabr 2016 12:00
Millimizin forvardı DÇ-də 4-cü oldu
Futzal üzrə Azərbaycan yığmasının forvardı Tyaqu Kolumbiyada təşkil olunan dünya çempionatının bombardirlər cədvəlində dördüncü yeri tutub. Azerisport.az xəbər verir ki, hesabında 7 qolu olan millimizin üzvü portuqaliyalı Rikardinyo (12 qol), rusiyalı Eder Lima (10 qol) və braziliyalı Falkaodan (10 qol) geri qalıb.
Millimizin digər məhsuldar futbolçusu Vassura isə 6 qolla altıncı yerdə qərarlaşıb.
Millimizin qolkiperi Rövşən Hüseynli isə seyvlərin sayına görə (64 seyv) dördüncü olub.
Qeyd edək ki, Azərbaycan yığması DÇ-2016-nın 1/4 finalında Portuqaliyaya uduzaraq mübarizəni dayandırmışdı.
