2 oktyabr 2016 11:30
Millimizin sabiq rəqiblərinin duelində İran sevindi, Argentina çempion oldu
Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, final oyununda Argentina Rusiya ilə qarşılaşıb və 5:4 hesabıyla qalib gələrək dünya çempionu olub.
Üçüncü yer uğrunda oyunda isə Azərbaycan yığmasının keçmiş rəqibləri - Portuqaliya və İran qarşılaşıb. 2:2 hesabıyla bitən matçda qalib penaltilərlə müəyyənləşib. 4:3 hesablı qələbə İrana bürünc medal qazandırıb.
Xatırladaq ki, Azərbaycan yığması qrup mərhələsində İranla 3:3 hesablı heç-heçəyə razılaşmışdı. Portuqaliya ilə 1/4 final matçında isə millimiz 2:3 hesabıyla uduzmuşdu.
