2 oktyabr 2016 11:00

Araz Abdullayev: Neftçi daha yaxşı oynamağa başlayıb

"Neftçi"nin kapitanı Araz Abdullayev Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz" üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistə müsahibə verib.

- Sizi uzun fasilədən sonra qazandığınız qələbə münasibətilə təbrik edirik. Oyunu necə şərh edərdiniz?
- Uğursuz seriyamız var idi. Halbuki, son iki oyunda yaxşı çıxış etmişdik. Hətta hesabda öndə olduğumuz halda uduzmuşduq. Şadam ki, nəticə ilə yanaşı, həm də yaxşı oynamağa başlamışıq. Daha çox top saxlamağa, daha çox hücum etməyə başlamışıq. Asan deyildi. Lakin hiss edirəm ki, komanda son dəyişiklərdən sonra daha yaxşı çıxış etməyə başlayıb. Qarşıda iki həftəlik fasilə var. Bundan faydalanmaq lazımdır. Zəif cəhətlərimiz üzərində çalışmalıyıq.

- Komandada nə dəyişib?
- Atmosfer dəyişib. Baş məşqçi dəyişikliyi oyunumuza da təsir göstərib. Əvvəllər fərdi oyuna üstünlük verirdiksə, indi komanda olaraq mübarizə aparırıq.

- Öz oyununuz barədə nə deyə bilərsiniz?
- Kənardan necə görünürdümki? Qoy başqaları desin. Mənə də öz üzərimdə çalışmaq lazımdır. Çatışmazlıqlar olduğunu düşünürəm.

- Əsas çatışmazlığınız nədir ki?
- Bunu məşqçilərimiz daha yaxşı bilər.

- Komanda yoldaşlarınız qələbəni çox böyük coşqu ilə qeyd etdi...
- Komandamız qələbəyə ac idi. Komanda yoldaşlarıma göstərdikləri oyuna görə təşəkkürümü bildirirəm.

- Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiyaya qarşı keçirəcəyi oyundan nə gözləyirsiniz?
- İlk oyun öz meydanımızda Norveçə qarşı olacaq. Buna görə qələbə qazanmalıyıq. Fikrimcə, öz meydanımızda bu rəqibə qalib gələ bilərik.

- "Neftçi"dəki vəziyyət milli komandadakı çıxışınıza təsir göstərməyəcək?
- Ümid edirəm ki, yox. Düzdür, klubda uğursuzluq olanda yığmada da çətin olur. Amma öz üzərimdə çalışacağam ki, baş məşqçi mənə şans versin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.