2 oktyabr 2016 01:40
Erat oynamadı, komandası tək qolla qalib gəldi
Almaniya üçüncü Bundesliqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Çemnister" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Eratın adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duysburq" 10 turdan sonra 21 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
