2 oktyabr 2016 01:30
Elnur Cəfərov 45 dəqiqə oynadı
Futbol üzrə Xorvatiya ikinci liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Luçko"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Elnur bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 15 xalla 12 klub arasında 3-cü pillədə qərarlaşıb.
