2 oktyabr 2016 01:20
Məsimovsuz Domjale məğlub oldu
Futbol üzrə Sloveniya çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Maribor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Samir əvvəlki 11 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 12 turdan sonra 20 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
