2 oktyabr 2016 01:10
Ufuk Budak oynadı, klubu məğlub oldu
Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Ufuk bu görüşün 46-cı dəqiqəsindən etibarən mübarizəyə qoşulub və bir hissə oynayıb.
Qeyd edək ki, "Kayserispor" 6 turdan sonra 5 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
