2 oktyabr 2016 00:50
Nazarov oynamadı, komandası uduzdu
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Bohum"la qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Ersgebirge" 8 turdan sonra 7 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
