Qəbələ Qarabağı məğlub yola saldı
Bu gün Topaz Premyer Liqasında 7-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
Turun qapanış, eyni zamanda mərkəzi oyununda lider “Qəbələ” doğma meydanda son çempion “Qarabağ”la münasibətlərinə aydınlıq gətirib. Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən iki klubun öz aralarındakı dueli böyük maraqla gözlənilirdi. Görüşün taleyini iki erkən qol həll edib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyada "Fiorentina"ya 1:5 hesablı məğlubiyyətin şokundan ayılmayan ağdamlılar bu görüşə də pis başlayıblar. Nəticədə, "Qəbələ" matçın əvvəlində vurduğu qollarla inamlı qələbəyə sevinib.
Topaz Premyer Liqası
7-ci tur
2 oktyabr (bazar)
“Qəbələ” - “Qarabağ” - 2:0 (2:0)
Qollar: F.Ozobiç, 11 (1:0). B.Dabo, 14 (2:0).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 21. Roman Hüseynov, 44. Rafael Santos.
Baş məşqçi: Roman Qriqorçuk.
“Qarabağ”: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (k), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov , 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Qurban Qurbanov.
Turun digər oyunları: “İnter” – “Zirə” - 1:1, “Sumqayıt” – AZAL - 1:1, “Neftçi” – “Kəpəz” - 2:0.
