1 oktyabr 2016 22:00

Elxan Abdullayev: Neftçiyə kimisə qovmağa gəlməmişəm

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Bizə bu qələbə çox lazım idi. Komandamız bu gün yaxşı təsir bağışladı. “Kəpəz” isə standart vəziyyətlərdə çox təhlükəli idi. Rəqibin heyətində 10 nömrəli futbolçunu xüsusi qeyd edərdim. Bu qələbə bizə işıq yolu göstərdi. Amma komanda hələ cəmi 3 faiz inkişaf edib.

- Azarkeşlər yenə “Neftçi”yə narazılıqlarını bildirdilər...
- Azarkeşi başa düşmək olar. Mənə elə gəlir ki, bu qələbədən sonra oturub düşünəcəklər ki, lazımdımı belə hərəkət?

- Onların etirazı daha çox Araz Abdullayevlə bağlıdı. Onu kapitan kimi görmək istəmirlər...
- Bir həftə bundan öncə azarkeşlərlə görüşüm oldu. Onlarla 1-2 saat danışdıq. Məni düz başa düşün. Azarkeşə böyük hörmətim var. Amma onların sözü ilə oturub-durmağım düzgün deyil. Sarğını niyə Arazdan alım? Mən Abdullayevin oyunundan razıyam. Onunla azarkeşlər arasında nə olduğunu bilmirəm. Kapitan millinin üzvü, lider olmalıdı. Cavid İmamverdiyev yaxşı futbolçudu, amma hələ tam hazır deyil.

- Komandada qapıçı problemi olduğu hiss edilir...
- İstəmirəm ki, kimisə tənqid edim. Biz vaxt ayırıb, futbolçulara danışırıq. Mən nəyə görə yeni qapıçı axtarmalıyam? “Transfer pəncərə”sinin açılmasını gözləməliyik. Buraya kimisə qovmaq üçün gəlməmişəm. Sadəcə, istəyirəm ki, komandada rəqabət olsun. Hər mövqeyə futbolçu lazımdı. Lakin istəmirəm ki, mən də elə səhvlərə yol verim. Gətirəcəyim futbolçu gərək sizin də xoşunuza gəlsin, mənim də.

- Mahir Şükürov 2 həftədi komandada məşq edir. Onun burda rolu nədən ibarətdi?
- O, bizdə sadəcə, forma yığmaq üçün məşq edir. Həm də, gənc oyunçulara kömək edir.

- Demək olar ki, o, komandada ağsaqqal rolunu oynayır?
- Komandada ağsaqqal mənəm. Mahir Şükürov sabah formaya düşsə, böyük sevinclə onu komandaya götürərəm. Desə ki, “Zirə”də, “Kəpəz”də oynamaq istəyirəm, ona heç nə deməyəcəyik. Yoxlama oyunlarında yoxlayacağıq. Özünü yaxşı göstərsə, komandaya götürəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.