Şahin Diniyev: Neftçi 3 xala layiq idi
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Matç ağır keçdi. İlk hissədə çoxlu qol vəziyyətlərini boşa verdik. Bizim günümüz deyildi. “Neftçi” 3 xala layiq idi. Mənə elə gəlir ki, futbolçularım “Neftçi”ni qiymətləndirə bilmədilər. Bunda “Qarabağ”la heç-heçənin də təsiri var. Məşqçi üçün ən çətini uğurdan sonra komandanı bir araya gətirməkdi. Burada mənim də günahım var. Nə qədər çalışsam da, uşaqlara o heç-heçəni unutdura bilmədim. Fərdi söhbətlər aparsam da, xeyri olmadı. Razıyam ki, qapıçımız bu gün səhvə yolverdi. Amma bu, bir oyunluq səhvdir. "Kəpəz"də problem olduğunu düşünmürəm. Sadəcə, motivasiya çatışmazlığı var. Daha çox çalışmaq lazımdır. Azarkeşlərimizdən üzr istəyirəm. Bu məğlubiyyətdən sonra komanda özü-özünə toparlanacaq. Bundan sonra futbolçulara nəsə deməyimə ehtiyac yoxdur".
