1 oktyabr 2016 20:30
Samir Abasov: Heç-heçə bizim üçün yaxşı nəticə oldu
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Sonda heç-heçəni təmin etməyimizi nəzərə alsaq, uğurlu nəticədir. Birinc hissədə pis oynadıq. Amma sonradan özümüzə gələ bildik. Heç-heçəni bizim üçün yaxşı nəticə saymaq olar. Erkən qol buraxmağımız ilk dəfə deyil. Niyə belə olduğunu başa düşə bilmirəm".
