1 oktyabr 2016 15:00

Ağabala Ramazanov: Zirə ilə oyunda heç nədən qol buraxdıq

"İnter"in hücumçusu Ağabala Ramazanov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı fikirləriniz?
- Matça yaxşı başlamışdıq. Təəssüf ki, qələbəni son dəqiqələrdə əldən verdik. Artıq növbəti oyunumuzu düşünməliyik.

- Xal itkisini gözləmirdiniz?
- Futbolda hər şey olur. Biz də son dəqiqələrdə vurduğumuz qollar az xal və xallar qazanmamışıq.

- Bəlkə komandada arxayınlıq yaranmışdı?
- Xeyr, biz sonadək mübarizə aprdıq. Sadəcə, heç nədən qol buraxdıq.

- Viktor İqbekoyinin qolu gözəl alındı. Sanki, "İnter"in bütün oyunçuları dayanıb onun zərbəsini gözləyirdi...
- Komandamız son dəqiqələrdə müdafiə olundu. Qolu da öz səhvimizdən buraxdıq. Bu səhvlər üzərində çalışmalı və növbəti oyunlarda təkrarlamamalıyıq.

- "Zirə" ilə oyunda cari mövsümdəki üçüncü qolunuzu vurdunuz. Bombardirlər yarışında mübarizə aparmaq fikriniz var?
- Bəxtim gətirsə, bəli. Vurduğum bütün qollar komandamın uğurlu çıxışının nəticəsidir. Buna görə komanda yoldaşlarıma minnətdaram.

- "Qarabağ" bu tur "Qəbələ"yə qalib gəlsə, "İnter" ikinci pillədəki mövqeyini itirəcək...
- Hər iki komandaya uğurlar arzulayıram. Amma biz öz oyunumuz barədə düşünürük. Onlara Avropa Liqasında da uğur diləyirəm. Hər iki təmsilçimizin uğuru bizi sevindirir.

- Qarşıda Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiya ilə oyunları var. Siz bu görüşlərdə nəyə ümid edirsiniz?
- Maksimum xal toplamağa çalışacağıq. Bu oyunlarda həm sizi, həm də özümüzü sevindirməliyik.

- Komanda yoldaşınız Rauf Əliyev də son dövrlər qollar vurur. Amma millinin baş məşqçisi Robert Prosineçki ona dəvət göndərmir. Sizcə, niyə?
- Yaxın günlərdə millinin heyəti açıqlanacaq. Ümid edirəm ki, Raufun da adı həmin siyahıda olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.