1 oktyabr 2016 12:00

Kristian Torres: Qəbələ və Qarabağın özünü nə vaxtsa göstərəcəyinə inanırdım

"Qarabağ" və "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Kristian Torresin azerisport.az saytına müsahibəsi

- Keçmiş klublarınızın çıxışını izləyirsiniz?
- Bəli, "Qarabağ"la "Qəbələ"nin işləri ilə maraqlanıram. "Qəbələ"nin çıxışı daha çox maraq doğurur. Komandanın Roman Qriqorçuk kimi güclü məşqçisi var. Onlar Avropa Liqasında yaxşı çıxış edirlər.

- Yəqin ki, bu sözləriniz komandanın təsnifat mərhələsindəki çıxışına aiddir. Çünki qrup mərhələsindəki hər iki oyununda uduzublar...
- Uduzsalar da, yaxşı oynadıqlarını bilirəm. Qriqorçuku yaxşı məşqçi kimi tanıyıram. Vaxtilə o, Latviyada "Ventspils"i çalışdırıb. Onu bütün Latviyada ağıllı məşqçi kimi tanıyırlar.

- Bəs "Qarabağ"ın İtaliya "Fiorentina"sına 1:5 hesablı məğlubiyyəti barədə nə deyə bilərsiniz?
- Həmin oyuna baxdım. "Qarabağ" oyuna əla başlamışdı, rəqibə heç bir şans vermirdi. Qol vurmaq üçün də şansları var idi. Amma qırmzı vərəqədən sonra hər şey dəyişdi. "Fiorentina"ya qarşı 10 nəfərlə oynamaq çox çətindir. Qırmızı vərəqə olmasaydı, "Qarabağ" Bakıya uğurlu nəticə ilə qayıda bilərdi. Əfsuslar olsun ki, bu vərəqə hər şeyi dəyişdi.

- Qriqorçuku təriflədiniz, amma Qurban Qurbanov barədə heç nə demədiniz...
- O, Azərbaycanın ən güclü mütəxəssisidir. Azərbaycandan gedəndən sonra onun "Qarabağ"dakı işi ilə maraqlanıram. Klub onun rəhbərliyi altında ildən-ilə daha da yaxşı çıxış edir. Artıq hər mövsüm çempion olurlar, avrokubokların qrup mərhələsində oynayırlar. Bütün bunlar böyük işlərin nəticəsidir. Qurbanovun bu uğurlarda payı çox böyükdür.

- Bəs bu klublardan hansısa sizi heyətində görmək istəsə, qayıdarsınız?
- Hər iki klubla münasibətim yaxşıdır. Orada hansı işlərin getdiyini görmüşəm. "Qarabağ" və "Qəbələ"nin nə vaxtsa özünü göstərəcəyinə inanırdım.

- Bu iki komanda sizin çıxış etdiyiniz dövrlə müqayisədə çox dəyişib?
- Hazırda Azərbaycanda fərqli çempionat keçirilir. "Qarabağ"la "Qəbələ" çox güclüdür. Amma əvvəllər "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "İnter" də güclü idi. Onların arasında çox gərgin mübarizə gedirdi. Hazırda "Qarabağ"la "Qəbələ" Avroliqanın qrup mərhələsində çıxış edirsə, deməli, hər iki klubun işləri peşəkar səviyyədə qurulub.

- Amma qayıtmaq barədə heç bir fikir sösləndirmədiniz...
- Latviyada xoşbəxtəm. Burada ailəm var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.