1 oktyabr 2016 20:54

Neftçi nəhayət ki, qələbə qazandı, Sumqayıtda heç-heçə

Bu gün Topaz Premyer Liqasında 7-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Öncə “Sumqayıt” doğma meydanda AZAL-la qarşılaşıb. Qarşılaşmada hesabı erkən qola imza atan qonaqlar açıblar. Meydan sahibləri isə buna son dəqiqələrdə cavab verə biliblər. Nəticədə, bu görüş heç-heçə başa çatıb.

Günün son matçında isə “Neftçi” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə meydan sahibləri iki cavabsız qola seviniblər. Nəticədə, "Neftçi" Elxan Abdullayevin rəhbərliyi altında nəhayət ki, ilk qələbəsini qazanıb.

Topaz Premyer Liqası
7-ci tur

1 oktyabr (şənbə)

“Sumqayıt” - AZAL - 1:1 (0:1)
Qollar: İ.Ələkbərov, 9 (0:1). M.Abbasov, 83 (1:1).
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nicat Muxtarov, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə, 66. Afşin İsmailzadə.
Baş məşqçi: Samir Abasov.
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 11.Ruslan Nəsirli, 77. Adan Koronado, 21. David Canelidze.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 19. Elnur Süleymanov, 95. Şirməmməd Məmmədov, 15. Brayn Fok, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur.
Baş məşqçi: Tərlan Əhmədov.

“Neftçi” - “Kəpəz” - 2:0 (1:0)
Qollar: D.Pereryra, 14 (1:0). K.Tira, 90+3 (2:0).
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov.
Masazır. “Əlincə Arena”.

“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro, 10. Cavid İmamverdiyev, 27. Məqsəd İsayev, 7. Araz Abdullayev (k), 4. Rahil Məmmədov, 80. Edson Kastilyo, 30. Dario Melnyak, 9. Katalin Tira, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov, 20. Eltun Yaqublu, 17. Rəhman Hacıyev , 95. Elvin Bədəlov, 6. Vançe Şikov.
Baş məşqçi: Elxan Abdullayev.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 10. Dario Federiko, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 16. Emin Zamanov.
Baş məşqçi: Şahin Diniyev.

Turun digər oyunları: "İnter" - "Zirə" - 1:1, 2 oktyabr (“Qəbələ” – “Qarabağ”).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.