1 oktyabr 2016 00:00

Bakının AÇ-2020 loqosunun təqdimat mərasimi keçirildi

Bakı Olimpiya Stadionunda UEFA AÇ-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, AFFA-nın rəhbərliyi, AÇ-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, tədbirin xüsusi qonağı, dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit  və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimin aparıcıları tərəfindən çıxış üçün səhnəyə ilk olaraq Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov dəvət olunub. Sonra UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edib. Ardınca, indiyə qədər keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən qısa videoçarx nümayiş olunub. Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları AÇ-2020-nin oyunlarının ev sahibliyinə iddia irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər. Tədbirin sonunda səhnəyə dəvət olunan akrobatların maraqlı çıxışının müşayiəti ilə UEFA AÇ-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.