30 sentyabr 2016 14:40

Orxan Hüseynzadə: Nədənsə qorxsaydım, Neftçiyə gəlməzdim

"Neftçi"nin idman direktoru Orxan Hüseynzadənin azerisport.az saytına müsahibəsi

- Vaxtilə Bakının "Standart" klubunda çalışmısınız, AFFA-da iş təcrübəniz var. "Neftçi"yə idman direktoru təyin olunmağınız necə alındı?
- "Standart"ın həm də yaradıcılarından biri mən olmuşam. Ondan öncə 2004-cü ildə "Olimpik"i (indiki AZAL) yaratmışdıq, "Sumqayıt"ın yaranmasında iştirak etmişdim. 4 il AFFA-da çalışmışam, paralel olaraq 2010-cu ildən UEFA nümayəndəsi kimi təyinat alırdım. Bu ildən isə FİFA nümayəndəsi kimi də təyinat almağa başlamışam. "Neftçi"yə məni Çingiz Abdullayev dəvət edib. Müşahidə Şurasının və baş sponsorun təsdiqindən sonra vəzifəmin icrasına başladım.

- Niyə məhz siz? Özünüzü klubu bu vəziyyətdən çıxara biləcək şəxs hesab edirsiniz?
- Bu, mənim üçün yeni sahə deyil. Vaxtilə klub yaradanda hər şeyə sıfırdan başlayırdıq. Buna rəğmən, nəticələrimiz olub. Əslində, elə "Neftçi"də də oxşar vəziyyətdir, hər şeyə sıfırdan başlamaq lazımdır. Fikrimcə, işə yanaşmamız doğrudur. Beynəlxalq təcrübəmizin də olduğunu nəzərə alsaq, nəticə qazana bilərik.

- Razısınız ki, son iki mövsümün transfer siyasəti əsl fiaskodur?
- Mən konkret heç kimi tənqid etməyəcəyəm. Sadəcə, onu deyə bilərəm ki, "Neftçi"nin transfer siyasətinin effektsiz olduğunu başa düşmək üçün güclü futbol mütəxəssisi olmağa ehtiyac yoxdur.

- Klubdakı vəziyyətlə tanış olmusunuz. Nə baş verir?
- Klub adi qaydada çalışır. Hazırda strukturla, akademiya ilə bağlı müəyyən işlər aparılır. Beynəlxalq departament yaratmışıq. Seleksiya işi ilə də bağlı önəmli tədbirlər planlaşdırmışıq.

- Bu vəziyyətdən necə çıxmağı düşünürsünüz? Komanda 8 iştirakçı arasında 7-cidir...
- Bəli, bizim əsas problemimiz birinci komandamızın nəticələri ilə bağlıdır. Bu, həm komanda daxilində, həm də bütövlükdə klubda gərginlik yaradı. Uşaqlarda qələbə qazanmaq istəyi yoxdur demək düzgün olmaz. Məşqlərdə böyük səylə çalışırlar. Hazırda oyun üslubumuzu dəyişməyə çalışırıq. Təəssüf ki, bunu çempionatın gedişində etməli oluruq. Komandanın fiziki durumunun yaxşılaşması yönündə də çox iş aparılır. Çünki son oyunlar həm də onu göstərdi ki, uşaqlar 90 dəqiqə eyni tempdə oynamağa hazır deyillər. Bütün bunlar isə təbii ki, zaman və səbr tələb edir.

- Elnur Məmmədovun aqibətini yaşayacağınızdan qorxmursunuz?
- Nədənsə qorxsaydım, "Neftçi"nin təklifini qəbul etməzdim. Burada çalışmaq istənilən şəxs üçün fəxrdir. Bizim çoxlu azarkeşimiz var. Onları stadiona qaytarmaq üçün əlimizdən gələni etməliyik. Biz klubu bu vəziyyətdə qəbul edərkən hansı yükün altına girdiyimizi bilirdik. Bizdən öncə çalışanların fəaliyyəti barədə danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, mən vəziyyətə nəzarəti itirdiyimi görsəm, mənə güvənilən işlər fiaskoya uğrasa, bunu etiraf etməyə özümdə güc tapıb, ayrılaram.

- Mahir Şükürov uzun müddətdir futbol oynamırdı. Sizə elə gəlmir ki, ona komanda ilə məşq etməyə icazə verməyiniz mənfi nəticələr verə bilər?
- Gəlin unutmayaq ki, o, yığmada çoxlu oyun keçirib. "Neftçi"nin Avroliqada çıxış etdiyi dövrdə aparıcı oyunçularından olub. O, forma yığmaq üçün komanda ilə məşq etməsinə icazə verilməsi üçün klubumuza müraciət edib. Klub bundan imtina edə bilməzdi. O, bazada qalır, gündə iki dəfə məşq edir. Mahirin futbola qayıtmaq arzusunun çox olduğunu görürəm. Bu, onda nə dərəcədə alınacaq, buna məşqçilər qərar verəcəklər. Həm də qeyd etdiyim kimi, o, təcrübəlidir və gənc oyunçulara məsləhətləri ilə kömək edə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.