30 sentyabr 2016 16:55

İnter qələbəni son anda əldən verdi

Bu gün Topaz Premyer Liqasında 7-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında liderlər qrupunda qərarlaşan “İnter” “Zirə”ni qəbul edib. Matçın ilk yarısında hesabı açan meydan sahibləri qarşılaşmaya əlavə olunan dəqiqələrdə qələbəni əldən veriblər. Nəticədə paytaxt derbisi "sülh"lə başa çatıb.

Topaz Premyer Liqası
7-ci tur

30 sentyabr (cümə)

“İnter” – “Zirə” - 1:1 (1:0)
Qollar: A.Ramazanov, 22 (1:0). V.İqbekoyi, 90+1 (1:1).
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Səlahət Ağayev, 33. Tərlan Quliyev, 14. Zurab Xizanişvili, 24. Fuad Bayramov, 22.  İlkin Qırtımov, 10. Elnur Abdullayev, 15. Ruslan Abışov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 27. Manuel Skarlatake, 2. Sərtan Taşqın, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
“Zirə”: 1. Anar Nəzirov (k), 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 7. Gerhard Proqni, 11. Viktor İqbekoyi, 19. Nurlan Novruzov, 21. Murad Səttarlı.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 96. Elgün Nəbiyev, 20. Sezar Meza Kolli, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 99. Yasin Həmid.
Baş məşqçi: Adil Şükürov.

Turun digər oyunları: 1 oktyabr (“Neftçi” – “Kəpəz”, “Sumqayıt” – AZAL). 2 oktyabr (“Qəbələ” – “Qarabağ”).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.