30 sentyabr 2016 11:15

Ruslan Qurbanov: Mərhələ keçmək üçün hələ şansımız var

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qəbələ” Almaniyanın “Maynts” klubu ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, Bundesliqa təmsilçisinin 3:2 hesabı ilə qalib gəldiyi görüşdə “qırmızı-qaralar”ın ilk qolunu Ruslan Qurbanov vurub. Hesab 0:1 olarkən penaltini dəqiq yerinə yetirən hücumçu matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Çox ağır oyun oldu. Hesabda geri düşsək də, vəziyyəti düzəldib, tarazlıq yaratdıq. Hətta önə də keçdik. Artıq 2:1 hesabı ilə irəlidə olarkən, 3-cü qolu vurmağa çalışır, qələbəni qoruyacağımıza, qalib gələcəyimizə inanırdıq. Lakin təəssüflər olsun ki, bunu bacarmadıq. Rəqib çox güclü idi. Xüsusilə də fiziki cəhətdən. Məğlub duruma düşdükdən sonra xeyli artırdılar və matçı öz xeyirlərinə dəyişdilər. “Maynts” Bundesliqa klubudur. Heyətində çox güclü futbolçular var. Onlar çempionatda “Bavariya”, Dortmund “Borussiya”sı kimi rəqiblərlə oynayır”.

Komandaya yeni qoşulmasına baxmayaraq, məsuliyyəti üzərinə götürən Qurbanov penaltini soyuqqanlılıqla qola çevirməsini özünəinamla bağlayıb: “Matçdan öncə baş məşqçimiz penalti olacağı halda, zərbəni kimin vuracağını demişdi. Həmin anda mən sakit, həyəcansız idim. Özümə inanırdım. Yeni klubumda 11 metrlik zərbənin mənə həvalə olunması sevindiricidir. Bu etimada görə baş məşqçimizə təşəkkür edirəm. Zərbəni yerinə yetirərkən, son addımımda qapıçının bir küncə hərəkət etdiyini gördüm və artıq qol vurmaq asan oldu. Baş məşqçimizin komandanın oyunundan razı olması yaxşıdır. Lakin öz oyunumdan tam razı qalmadım. Bunda rəqibin də rolu oldu. Çox güclü komanda olduğundan bütün meydanı bağlamışdılar. Biz boşluqlar axtarmağa məcbur idik. Çalışacam ki, üzərimdə işləyib, oyun planında daha da artırım”.

Qurbanovun fikrincə, ilk iki matçda məğlubiyyətə baxmayaraq, qrup mərhələsində uğurla çıxış etmək şansları itirilməyib: “Mərhələ keçmək üçün hələ şansımız var. Arxada qalan oyunları yaxşı təhlil edəcəyik. Səhvlərimizi müəyyənləşdirəcəyik ki, bir daha təkrarlamayaq. Belə olan halda nəticə də qazana bilərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.