29 sentyabr 2016 21:55

Roman Qriqorçuk: Mayntsa məğlubiyyətə görə təəssüflənmirəm

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirdikləri oyundan (2:3) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:

"Maynts" bu gün bütün komponentlərdə bizdən yaxşı idi. Topla yaxşı davranırdılar, fiziki cəhətdən güclü idilər. Oyundan öncə də söyləmişdim ki, sakitləşmək olmaz. Rəqib qladiator kimi vuruşurdu. Mənim oyunçularım da bacardıqlarını etdi. Matçdan sonra onları təriflədim. Qüssələnməyə dəyməz. Çünki biz "Maynts"a qarşı mübarizə aparırdıq. Yaxşı ki, belə oyunlar keçiririk, öz gücümüzü görürük. Belə oyunların sayı daha çox olmalıdır. Şəxsən mən məğlubiyyətə görə təəssüflənmirəm".

Qriqorçuk rəqib komandanın əvəzetmələrdən dərhal sonra qol vurmasına da toxunub: "Qonaqlar əvəzetmələrdən sonra fəallaşdılar və bu, öz rolunu oynadı. Rəqib komandada yüksək səviyyəli oyunçuların çox olduğunu bilirdim. Komandamız belə məqamlarda necə davranmalı olduğunu öyrənməlidir. Ümumiyyətlə, irəli getmək üçün çox şeyi öyrənməliyik".

"Qəbələ"nin çalışdırıcısı buraxılan qollara görə günahkar axtarmaq istəmədiyini bildirdi: "Hər buraxılan qolda həmişə kimsə günahkar olur. Amma müdafiədə kompakt oynamaq lazımdır. Kimisə günahlandırmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, Filip Ozobiç hamıdan çox qaçdı. Amma futbolçularımın hər birinə əhsən düşür".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.