29 sentyabr 2016 19:00
"Qəbələ Mayntsla heç-heçə edə bilər"
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Pavol Farkaş keçmiş komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirəcəyi oyunda şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Keçmiş klubumun çıxışını izləyirəm. "Qəbələ" bu mövsüm yaxşı çıxış edir. Bu gün almanlarla oyunda da 1:1 hesablı heç-heçə edə bilərlər. Komanda çətin qrupa düşüb. Amma bu qrupdan çıxmaq olar. "Qəbələ"də çoxlu yeni oyunçu var. Əvvəlki oyunçulardan Rafael Santosu tanıyıram. İndi Dodo ilə birgə oynayıram. Bir-birimizi dəstəkləyirik. "Qəbələ"də keçirdiyimiz yaxşı günləri tez-tez xatırlayırıq".
