29 sentyabr 2016 16:20

Vitali Vernidub: Qəbələ ilk oyundakı məğlubiyyətə layiq olmadığını isbatlamalıdı

"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Qəbələ"nin almanlarla ev oyununda qələbə qazanmaq şansı var?
- Bizim üçün təkcə ev oyunları yox, Avroliqadakı bütün matçlar önəmlidir. İlk turda elə alındı ki, "Anderlext"lə oyunda meydanı məğlub tərk etdik. Artıq "Maynts"la oyuna hazırlaşırıq. Komandada motivasiya əladır. Qarşıdakı oyunda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Həm də sübut etməliyik ki, ilk turda Belçikadakı məğlubiyyətə layiq deyildik.

- "Maynts"ın heyətində kimi xüsusi qeyd edərdiniz?
- Onların bir neçə oyununa baxmışıq. Məşqçilərimiz rəqib, futbolçuları barədə bizə məlumat veriblər. Məlumatımız var. Bunlardan yararlanıb, uğur qazanmağa çalışacağıq.

- Premyer Liqanın son turunda "Zirə" üzərində çətin qələbə qazandınız. Həmin oyunda çox güc itirdiniz?
- Elə də asan oyun olmadı. Çünki "Zirə" çox güclü komandadır. Bizə qarşı yaxşı mübarizə apardılar. Amma biz həm hücumda, həm də müdafiədə inamlı oynayaraq, qələbə qazandıq. Ədalətli qələbə oldu.

- Teo Uiks də nəhayət bu oyunda çempionatdakı qol hesabını açdı...
- O, bu oyunda özünü çox yaxşı tərəfdən göstərdi, dubla imza atdı. Hücumlarımızda həmişə fəal iştirak edir. Məşqçinin tapşırıqlarını düzgün yerinə yetirir. Teo öz çıxışından razıdır.

- "Qəbələ"nin altı turdan sonra lider olacağını çox adam gözləmirdi...
- Bu liderlik çox şeydən xəbər vermir. Çünki cəmi altı tur geridə qalıb. Hər şey qarşıdadır. Əlbəttə, liderlik xoşdur. Amma komanda olaraq daha çox çalışmalı olduğumuzu anlayırıq.

- Çempionatda əvvəl keçirdiyiniz oyunlar arasında hansı daha çətin olub?
- Hər bir oyunumuz çətindir, hamısı prinsipial mübarizə şəaitində keçib. Hansı oyunun daha çətin keçdiyini söyləmək çətindir. Sadəcə, bizim öz oyunumuz hərdən alınır, hərdən alınmır. İstənilən oyuna qələbə üçün çıxırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.