29 sentyabr 2016 00:30

Hafiz Məmmədov: Bakı və Lansdan imtina etmək fikrim yoxdur

İsgəndər Cavadovun 60 illik yubiley mərasimində iştirak edən "Bakı"nın prezidenti Hafiz Məmmədov azerisport.az saytına maraqlı açıqlamalar verib. Həmin açıqlamalarla sizi də tanış edirik:

"İlk növbədə dostumuzu, veteran futbolçumuz İsgəndər Cavadovu təbrik edirəm. Ona futbolumuzun inkişafına daha böyük töhfələr verməsini arzulayıram. Özümə gəlincə, ola bilsin ki, futboldan çox uzaqlaşmışam. Amma söz verirəm ki, yaxın gələcəkdə mətbuatla görüşəəyəm. Orada Azərbaycan futbolu, təbii ki, həm də "Bakı" ilə bağlı yeni planlarımızı, proqramımızı açıqlayacağam".

"İndi ətraflı danışmaq istəmirəm. Çünki bunlar maliyyə problemləri ilə bağlıdır. Sadəcə, onu deyim ki, heç bir halda "Bakı"dan imtina etmək fikrim yoxdur. Klub hazırda həvəskar liqaya düşsə də, müəyyən vaxtdan sonra yenə güclü komanda kimi Premyer Liqaya qayıdacaq. Hazırda "Bakı"nı dərhal elitaya qaytarmaq mümkünsüzdür. Çünki bəzi futbolçulara borcumuz var. Buna görə də öncə həmin oyunçularla problemimizi yoluna qoymağı düşünməliyik. Ondan sonra komandanı əvvəlki günlərinə qatarmaq barədə düşünmək olar".

"Qeyd edim ki, "Bakı"nın keçmiş futbolçularına həddən artıq şişirdilmiş borclarının olduğu vurğulanır. Amma bu, həqiqəti əks etdirmir. Məsələn, Adnan Bərəkət bizdən külli miqdarda pul tələb edir. Halbuki, bizim ona bir qəpik də borcumuz yoxdur. Amma klubun rəhbərliyi var və bu işlərlə mütləq məşğul olacaq".

"Bu problemlər meydana gələrkən mənə aydın olmayan çoxlu məsələlər vardı. Məsələn, bizim çox yaxşı maliyyə imkanlarımız var idi. Sadəcə, bizə olan borcları yığa bilmirdik. Həm "Xəzər Lənkəran"ın, həm "İnter"in rəhbərliyi ilə belə problemlərimiz oldu. Müəyyən məsələlərə görə həmin borcları qaytarmadılar. Bütün bunlar isə sonda klubumuzun maliyyə vəziyyətinin pisləşməsinə səbəb oldu. Burada söhbət külli miqdarda puldan gedir. Daha bir komanda var ki, rəhbərliyi bizə kömək edə bilərdi. Amma onlar bunu etmədilər".

"Mənə qəribə gələn daha bir məqam o oldu ki, Birinci Divizionda çıxış edən klublara maliyyə dəstəyi göstərənlər bizim kluba dəstək olmaq istəmədilər. Halbuki, onların dəstəyi ilə "Bakı"nı elitaya qaytara bilərdik. Amma onlar bunun əvəzində başqa klub yaratmağa qərar verdilər. "Bakı" varkən paytaxtda yeni klubun yaradılmasına nə gərək var idi ki?"

"Klubumuzun bazasına və akademiyasına heç kim iddia göstərə bilməz. Şirkətimiz bundan ötrü 30 milyon dollar xərc çəkib. Niyə bunu kiməsə hədiyyə etməliyik?"

"Mən hələ Fransanın "Lans" klubundan da tam imtina etməmişəm. Elə bilirsiniz ki, "Lans" artıq bizim klub deyil? De-fakto bəli, bizim deyil, amma de-yure bizimdir. AÇ-2016-nın startına qədər orada 5 milyon avronun söhbəti gedirdi. "Lans"ı bizdə saxlamaq üçün mənə həmin məbləği tapmaq lazım idi. Amma dostlarımdan, mənə borcu olanlardan heç kim kömək etmək istəmədi. Nəticədə də de-fakto klubu itirdik. Sizi əmin edirəm ki, biz bu komandanı geri qaytaracağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.