28 sentyabr 2016 18:40
Mayntsın futbolçusu: Qəbələ ilə oyunda bizə asan olmayacaq
Almaniyanın "Maynts" klubunun müdafiəçisi Daniel Brozinski Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan haqqında elə də çox məlumatım yoxdur. Bircə onu bilirəm ki, oraya getmək üçün beş saat uçmalıyıq. Bir də Bakının çox gözəl şəhər olduğunu eşitmişəm. Gördüyünüz kimi, çox da məlumatlı deyiləm. Rəqibə gəlincə, bu komandanı analiz etməyə davam edirik. İndidən bizə asan olmayacağını söyləyə bilərəm. Şübhəsiz ki, bu oyun bizim üçün yaxşı təcrübə olacaq".
