28 sentyabr 2016 18:00

Aleksandr Çivadze: Neftçi rəhbərliyi bu vəziyyətdən mütləq çıxış yolu tapmalıdır

SSRİ yığmasının sabiq müdafiəçisi, Gürcüstan yığmasının keçmiş baş məşqçisi Aleksandr Çivadzenin azerisport.az saytına müsahibəsi

- Azərbaycanlı futbolçulardan kimlərlə sıx əlaqələriniz qalıb?
- Daha çox İsgəndər Cavadov və Maşallah Əhmədovla. Onlarla futbolçu karyeramızı başa vurandan bəri münasibətimiz qalmaqdadır.

- Yəqin ki, Azərbaycan futbolunu izləyirsiniz...
- Bəli. Çünki burada oynamışam. Bundan əlavə, Azərbaycanda çalışan gürcü məşqçilər, top qovan həmyerlilərimiz var.

- Yeri gəlmişkən, onların sayı getdikcə azalır. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bunu futbolçuların özündən soruşun (gülür).

- Ola bilər ki, bizim futbolda pulun azalması və ya klublarımızın səviyyəsinin qalxması nəticəsində gürcü futbolçular standartlara cavab vermədiyi üçün Azərbaycanı tərk edirlər?
- Hər klubun öz iddiası olur. Yəqin ki, klublarınız daha güclü futbolçular axtarırlar.

- Azərbaycan futbolu Gürcüstandan necə görünür?
- Mütəmadi izləməyə çalışırıq. Məncə, "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində oynaması uğurdur.

- Gürcüstan futbolunun Azərbaycandakından geri qaldığını söyləmək olar?
- Gürcüstanda futbol bir nömrəli idman növüdür və hələ inkişafdadır. Hazırda ölkənizin klub futbolunda uğurlar var və bunu alqışlayıram. Bu, səviyyənin artmasından xəbər verir. Bunun legionerlərin və ya yerli futbolçuların sayəsində baş tutması isə başqa söhbətin mövzusudur.

- Tarixinin ən pis dönəmini yaşayan "Neftçi" barədə nə deyə bilərsiniz?
- "Neftçi"ni Tiflis "Dinamo"su ilə müqayisə edərdim. Bizim üçün bu, faciə olardı. Əminəm ki, sizin ölkənizdə də belədir. "Neftçi"nin bu səviyyəyə enməyə haqqı yoxdur. Klub rəhbərliyi mütləq bu vəziyyəti düzəltməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.