28 sentyabr 2016 16:40
Batistuta Qarabağın oyununu izləyəcək
Argentina yığmasının, eləcə də İtaliyanın "Fiorentina" və "Roma" klublarının əfsanəvi futbolçusu Qabriel Batistuta Azərbaycan çempionu "Qarabağ"ın sabah keçirəcəyi Avropa Liqasının qrup mərhələsindəki oyunu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, veteran futbolçu "Fiorentina" rəhbərliyi tərəfindən İtaliyaya dəvət olunub.
Məsələ burasındadı ki, Florensiya klubu bu il 90 illik yubileyini qeyd edir. Bununla əlaqədar qarşıdakı günlərdə bir sıra tədbirlər, həmçinin yoldaşlıq matçının keçirilməsi nəzərdə tutulub ki, Batistuta da həmin tədbirlərdə, matçda iştirak edəcək.
Sabah isə əfsanəvi Batiqol "Fiorentina" - "Qarabağ" matçını "Artemio Franki" stadionundan canlı izləyəcək. (Viola News)
