28 sentyabr 2016 16:00

İqor Ponomaryov: İstədik ki, Neftçi İsveçdə də olsun

Azərbaycanın veteran futbolçusu, İsveçdə yaşayan həmyerlimiz İqor Ponomaryov İsgəndər Cavadovun 60 illik yubileyi münasibətilə nəşr olunmuş kitabın təqdimat mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Bakıya səfərinizdə məqsəd yalnız İsgəndər Cavadovun yubileyində iştirak etməkdir?
- Bəli, təkcə bu bayrama görə gəlmişəm. Təşəkkürümü bildirirəm ki, məni dəvət ediblər. Biz birgə böyümüşük. Dostluğumuz var. Bir-birimizin evindəki problemlərə qədər xəbərimiz olur, həyatımızın xoşbəxt anlarını birgə bölüşürük. Tez-tez əlaqə saxlayırıq, söhbətləşirik.

- Yubilyarın yubiley günlərində keçmiş komandası "Neftçi" heç də yaxşı günlərini yaşamır...
- Bu barədə heç nə deyə bilmərəm. Çünki mənə bu haqda nəsə danışmaq çətindir. Bircə nəticələrindən xəbər tuta bilirəm. Orada nə baş verdiyini söyləmək çətindir.

- Sizcə, komandanı bu vəziyyətdən çıxarmaq üçün nə etmək lazımdır?
- Bunun üçün rəhbərlik var. Onlar bir çıxış yolu tapmalıdırlar. Lazım olsa, hər zaman kömək etməyə hazırm. Amma belə, təbii ki, komandanı bu cür vəziyyətdə görmək ağırdır.

- İsveçdə nə işlə məşğulsunuz?
- Orada "Neftçi-Stokholm" komandası yaratmışıq. Klub Azərbaycanın Stokholmdakı Konqressinin dəstəyi sayəsində yaranıb. Amma hələ heç bir yerdə oynamırıq. İlk addımlarımızı atırıq.

- Orada yalnız azərbaycanlılar oynayacaq?
- Xeyr. Belə bir məhdudiyyət yoxdur. Sadəcə, ölkəmizi populyarlaşdırmaq istəyirik. İsveçdə Türkiyə komandaları var. Qoy "Neftçi" də olsun.

- Azərbaycandan sizə təklif yoxdur?
- Xeyr. Heç buna cəhd də göstərmirəm.

- Oğlunuz nə işlə məşğuldur?
- Onun menecerlik agenti var. O da bu yolda yenicə addımlamağa başlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.