28 sentyabr 2016 14:00

İsgəndər Cavadov: Bu sözlər mənim üçün çox vacib idi

Veteran futbolçumuz İsgəndər Cavadov 60 illik yubileyi ilə əlaqədar ona həsr olunmuş yeni kitabın təqdimat mərasimində fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Mənə belə bir kitabı hələ 50 illik yubileyim zamanı da həsr etmək istəyirdilər. Amma mən bunu 10 il təxirə salmalı oldum. Dostlarımın bu işdə böyük köməyi oldu. Kitab yazmaq asan iş deyil. Hələ orada hər şey öz əksini tapmayıb. Ola bilər ki, 70 illik yubileyimdə buna nail olaram (gülür).

Həyatımda çətin bir yol keçmişəm. "Neftçi"nin heyətinə çox çətinliklə düşmüşəm. Mənim dövrümdə böyük futbolçular oynayırdılar. Heydər Əliyev bizə Ələkbər Məmmədova, Kazbek Tuayevə, Anatoli Banişevskiyə bənzəməyi məsləhət görmüşdü. Bu sözlər mənim üçün çox vacib idi.

Çox danışmaq istəmirəm. Hər şey kitabda yazılıb. Qoy Azərbaycanın gənc nəsilləri bilsin ki, Azərbycanda belə futbolçular olub.

Kitabın təqdimat mərasiminə gələn hər kəsə təşəkkürümü bildirirəm. Sağ olun ki, Azərbaycan futbolu üçün gördüyüm işləri bu cür qiymətləndirirsiniz. Mən həmişə bunun üçün çalışmışam".

Veteran futbolçu "Neftçi"nin indiki durumundan da danışıb: "Klubdakı indiki vəziyyət məni də narahat edir. Amma məndən asılı olan bir şey yoxdur. Rəhbərlik vəziyyətdən çıxış yolu tapmalıdır. Orada tanınmış insanlar çalışırlar. Lazım olsa, kömək etməyə hazıram. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır".

"Azərbaycanlı azarkeşlər ölkəmizdə nə vaxt İsgəndər Cavadov kimi futbolçu görə biləcəklər" sualına yubilyarın cavabı belə oldu: "Hələ o dövrlərdəki futbolçular səviyyəsində oyunçularımız yoxdur, görmürəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.