28 sentyabr 2016 11:20

Rəhman Hacıyev: Ruslan Qurbanovun Neftçidən getməsini istəməzdim

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt"a uduzduqları oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Matçla bağlı fikirləriniz?
- Oyuna pis başlamamışdıq. İlk qolu da biz vurduq, hər şey yaxşı idi. Ondan sonra da qol vurmaq üçün şanslarımız oldu. Amma təəssüf ki, matçın qalan dəqiqələri bizim istədiyimiz kimi keçmədi. Nəticədə məğlub olduq. İndi biz elə vəziyyətdəyik ki, bu psixoloji səddi mütləq adlamağımıza ehtiyac var. Baş məşqçimiz də yenidir, fərqli taktika ilə oynamağımızı istəyir. Buna da alışmağımız lazımdır.

- Son iki oyunda komandanızın çox çalışdığı hiss olunur. Motivasiya da az deyil. Amma yenə nəticə qazana bilmirsiniz. İndi nə çatışmır?
- Ola bilsin ki, lazım olan anda qol vəziyyətlərindən yararlana bilməməyimiz. Vəziyyəti yaxşıya doğru dəyişmək üçün əlimizdən gələni edirik, çalışırıq.

- Bəlkə Ruslan Qurbanovun komandadan getməsi sizə təsir edib?
- Ruslan komandada olanda qol vəziyyətlərini bu qədər boşa vermirdik. O, az qol vurmurdu. Bizə faydası toxunurdu. Həm də indi heyətimizdə futbolçu çatışmazlığı var. Ehtiyat oyunçular skamyamız çox qısadır.

- Deməli, Qurbanovun göndərilməsi səhv idi?
- Bəli. O, "Neftçi"ni elə bir anda tərk etdi ki, bu, komandamızın çıxışına az təsir göstərmir. Şəxsən mən onun komandamızdan ayrılmasını istəməzdim.

- Artıq ardıcıl beş oyundur uduzursunuz. Hər dəfə meydanı məğlub tərk edəndə nə düşünürsünüz?
- Məğlubuyyətlərdən sonra bütün gecəni yata bilmirəm. Çox üzgünükü. Amma mən əminəm ki, bu xoşagəlməz vəziyyətdən çıxacağıq.

- Bəlkə komandaya psixoloq lazımdır?
- Xeyr, buna ehtiyac olduğunu düşünmürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.