28 sentyabr 2016 11:00
Könül Mehtiyeva ÇL matçına təyinat aldı
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva UEFA-dan yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasında oktyabrın 5-də, Qazaxıstanın Şımkent şəhərində keçiriləcək BIIK-Kazygurt (Qazaxıstan) – ASD CF Verona (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
