28 sentyabr 2016 00:00

Denilson: Neftçinin bu cür vəziyyətə düşməsini mən də istəmirəm, amma...

"Neftçi"nin hücumçusu Denilson Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Niyə məhz "Neftçi"ni seçmisiniz?
- Təklif gəldi, "Neftçi" ilə maraqlandım və böyük klub olduğunu öyrəndim. Digər futbolçular kimi, mən də kömək etməyə gəlmişəm.

- İnternetdə öyrəndiyiniz "Neftçi"ni burada görə bildiniz?
- "Neftçi" həmişə böyük klub olub. İndiki nəticələr baxmayaraq, yenə də böyük klub olaraq qalmaqdadır.

- Amma sizin yeni komandanızda oyununuz alınmır...
- Bacardığımı edirəm. Sadəcə, qol vurmaq alınmır. "Açılmaq" üçün mənə bircə qol lazımdır. Amma hər şey tək məndən asılı deyil.

- Qazandığınız pulun qarşılığını verdiyinizi düşünürsünüz?
- Sizə elə gəlir ki, mənə bu cür məğlubiyyət asandır? Mən ailəmi orada qoyub buna görə bura gəlməmişəm ki, bu cür vəziyyətlə üzləşim. Mən də belə halların yaşanmasını istəmirəm. Amma yenə də deyirəm ki, komandamızın düşdüyü bu vəziyyət tək məndən asılı deyil.

- Bəs kimdən asılıdır?
- Hamımızdan, bütün futbolçulardan.

- Klub rəhbərliyi, məşqçilər korpusu legionerlərin səviyyəsindən narazıdır və yəqin ki, qışda əksəri göndəriləcək. Artıq özünüzə yeni klub axtarmağa başlamısınız?
- Mən indi sizə gedəcəyimə və ya qalacağıma dair dəqiq heç bir söz deyə bilmərəm. Daha yaxşı oynamaq istəyirəm ki, komandada qalım. Məqsədim budur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.