27 sentyabr 2016 21:25
Sumqayıtın məşqçisi: Qalib gəlməkdən başqa çıxış yolumuz yox idi
"Sumqayıt"ın məşqçisi Seymur Rəhimov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Meydana qələbə qazanmaq istəyi ilə çıxmışdıq. Qalib gəlməkdən başqa çıxış yolumuz yox idi. Evdə hələ qələbə qazana bilməmişik. Amma səfərdə ikinci belə uğurumuzdur. Uşaqlar ikinci hissədə doğrudan da yaxşı oynadılar". (CBC)
