Elxan Abdullayev: Oyundan razıyam, nəticədən isə yox
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyundan razıyam, nəticədən isə yox. Fikrimcə, oyunumuzda inkişaf hiss olunur. Bir qədər səbr etmək lazımdır, hər şey qaydasına düşəcək. Amma nə qədər vaxt lazım olduğunu dəqiq deyə bilmərəm. Özünüz də nə qədər çətinliyimizin olduğunu görürsünüz. Zamana ehtiyac var. Oyunçulardan kimisə tənqid etmək istəməzdim. Meydanda komanda olaraq mübarizə aparırıq, kimisə fərqləndirmək düzgün olmaz. Heyətdə gənclər çoxdur. Legionerlərə gəlincə, hər birinin müəyyən çatışmazlığı var. Kimisi taktiki cəhətdən zəifdir, kimisi fiziki baxımdan. İstənilən halda bizə vaxt lazımdır". (CBC)
