27 sentyabr 2016 21:10

Aleksandr Deriberin: Neftçidə vəziyyətin düzəlməsi üçün zamana ehtiyac var

"Neftçi"nin yeni məşqçisi Aleksandr Deriberin artıq Bakıdadır. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis bu gün "Əlincə Arena"da keçirilən "Sumqayıt"la oyunu da canlı izləyib. Qarşılaşmanın fasiləsində o, jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi"yə gəlişiniz necə alındı?
- 2008-ci ildə Elxan Abdullayevlə Ukraynada A kateqoriyalı məşqçi kursunda olmuşuq. O vaxtdan əlaqələrimiz var idi. Bir neçə dəfə Bakıya gəlmişəm, görüşmüşük. Bir-birimizi çox yaxşı tanıyırıq və futbola baxışlarımız eynidi. Elxan müəllimdən təklif gələn kimi, razılaşdım. "Drujba"nın rəhbərliyi ilə danışıb, razılıq əldə etdik.

- Təklifi qəbul edərkən hara getdiyinizi bilirdiniz? "Neftçi"nin indiki durumu heç də ürəkaçan deyil...
- Əlbəttə, bilirdim. Vəziyyəti düzəltmək olar və mən də bunun üçün buradayam. "Neftçi" Azərbaycanın top klubudu. Hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Təcili vəziyyəti yaxşıya doğru dəyişmək lazımdır.

- Komanda autsayderlərdən biridir....
- Müəyyən problemlər var ki, onları aradan qaldırmaq lazımdır. İki gündü ki, klubun bazasındayam. Əsas odu ki, işgüzar ab-hava var. Bir qədər vaxt lazımdır ki, hər şey yoluna düşsün.

- Futbolçuların keyfiyyəti barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, indiki vəziyyətdə heyətlə bağlı ciddi heç bir dəyişiklik edə bilmərik. Hazırda əlimizdə olan futbolçuarla oynamaq məcburiyyətindəyik. Hələ ki, başqa şansımız yoxdur. Legionerlərin səviyyəsi haqda danışa bilmərəm. Biz heyətin gücləndirilməsi ilə bağlı işlərimizi davam etdiririk. Onların səviyyəsi barədə danışmaq istəməzdim.

- Bəs sizin dəvət etmək istədiyiniz oyunçular var?
- Bunun üzərində çalışırıq. İdeyalar var. Amma keyfiyyətli güclənməyə ehtiyac var.

- Deməli, tezliklə yeni transferlər ola bilər?
- Ümid edirik. Amma sizə bu barədə dəqiq heç nə söyləyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.